Şəkidə narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib...

27 Noyabr 2019 17:24
Azərbaycan Pedoqoji universitetinin Şəki filialında narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası tərəfindən keçirilən tədbirdə şəhər rəhbərliyi, universitetin müəllim və tələbələri iştirak edib. Çıxış edənlər narkomaniyanın əsrimizin bəlasına çevrildiyini və hazırda dünyada 250 milyondan çox insanın narkotik vasitələrin istifadəçisi olduğunu diqqətə çatdırıblar. Bu sahədən ildə 400 milyard dollar gəlir əldə edilir və bu rəqəm dünya iqtisadiyyatının 8%-ni təşkil edir. Ölkəmizdə isə hazırda 31 432 narkotik istifadəçisinin qeydiyyatda olduğu vurğulanıb. Gənclərə istənilən halda heç bir narkotik vasitədən istifadə etməmələri tövsiyyə edilib. Həmçinin tədbir iştirakçılarına bukletlər paylanılıb və foto slayd formasında narkotik vasitələrin növləri və törətdikləri fəsadları barədə məlumatlar nümayiş etdirilib.