Şəkidə MSK maarifləndirici treninqlərini davam etdirir...

27 Noyabr 2019 17:11

Bu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində Şəkidə fəaliyyət göstərən 113, 114 və 115 saylı seçki dairələrində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir. Noyabrın 25-də başlanan treninqlərə hər üç seçki dairəsi üzrə, ümumilikdə 690 nəfər komissiya üzvü cəlb edilib. 113 saylı Şəki şəhər seçki dairəsinin tərkibində olan seçki məntəqələrinin sədr və üzvləri üçün treninqlər Şəki “ASAN xidmət” mərkəzində təşkil olunub. Treninqlərə dairənin 29 seçki məntəqəsinin 174 nəfər komissiya üzvü cəlb edilib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparırlar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.