İsmayıllıda bilik yarışlarında qalib olan məktəblilərlə görüş keçirilib...

27 Noyabr 2019 14:54

İsmayıllıda bilik yarışlarında qalib olan məktəblilərlə rayon icra hakimiyyəti başçısı görüşüb. “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində keçirilən Nə? Harada? Nə zaman? bilik yarışında kubokun sahibi olan İsmayıllı komandası və “Əlaçı” yarışmasının qalibləri ilə keçirilən görüşə təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələri də qatılıb. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov uğurları münasibətilə şagirdləri təbrik edib, Azərbaycan təhsilinin inkişafı və yüksəlişi üçün həyata keçirilən tədbirlərdən danışıb. Mirdaməd Sadıqov qalibləri hədiyyə və təşəkkürnamələrlə mükafatlandırıb. Şagird və müəllimlər də öz növbələrində diqqətə görə təşəkkür edib, gələcəkdə bu uğurların sayını artıracaqlarına dair söz veriblər.