“Gender bərabərliyi və UNİFİED Sports - birləşmiş idman üzrə yeniyetmə qız futbolunun inkişafı” layihəsinin final mərasimi keçirilib.

26 Noyabr 2019 17:41

Şəkidə inkluzivlik istiqamətində tam, orta və xüsusi – yardımçı məktəblərin şagirdləri arasında “Gender bərabərliyi və UNİFİED Sports - birləşmiş idman üzrə yeniyetmə qız futbolunun inkişafı” layihəsinin final mərasimi keçirilib. Azərbaycan Xüsusi Olimpiya komitəsi və BMT-nin əhali fondunun Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihədə 14-17 yaş arası qızlardan ibarət məktəb komandaları mübarizə aparıb. Tədbirə Azərbaycan Xüsusi Olimpiya komitəsi və BMT-nin əhali fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbərləri də qatılıb. Çıxış edənlər layihənin məqsədindən danışıblar. Bildirilib ki, qadın zorakılığı və şiddətinə qarşı mübarizə və gender bərabərliyinin təbliği üçün keçirilən bu yarış vasitəsi ilə məqsəd sağlam cəmiyyət formalaşdırmaqdır. Daha sonra finala qalmış 4 komanda matça başlayıb. Qalib komanda mükafatlandırlıb. Xatırladaq ki, layihənin həyata keçirilməsi apreldə başlayıb və dekabırda sona çatacaq.