Yanmış, kəsilmiş ağacların yerinə yeniləri əkildi...

26 Noyabr 2019 17:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Oğuz rayonunun Calut və Xaçmaz kəndlərində əvvəllər qırılmaya və yanğına məruz qalmış meşə sahələrinə ağaclar əkilib, toxumlar səpilib. Tədbirlərə ETSN-in əməkdaşları ilə yanaşı, 100-dən çox rayon sakini qoşulub. Aksiya zamanı Calut və Xaçmaz kəndləri yaxınlığındakı ümumilikdə 10 hektar sahədə torpaq yumşaldılıb, əraziyə müxtəlif növ meşəcinsli ağacların, əsasən də palıd ağacının toxumları səpilib və tinglər əkilib. Bu cür meşəbərpa tədbirləri Qəbələ ilə yanaşı, respublikanın bütün bölgələrində meşə ərazilərində həyata keçirilir. Ümumilikdə bu ilin payız ağacəkmə mövsümündə 9000 hektar sahədə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulub və növbəti il də bu tədbirlər ardıcıl olaraq davam etdiriləcək. Aksiyanın keçirilməsində məqsəd isə yararsız və istifadəsiz qalmış meşə fondu torpaqlarının potensialından səmərəli istifadə etmək və meşə ilə örtülü ərazilərin artırılmasına nail olmaqdır.