YAP-ın 27-ci ildönümü Zaqatalada qeyd olunub...

23 Noyabr 2019 12:15

Ulu öndər Heydər Əliyevin misilsiz şah əsərlərindən biri gündən-günə inkişaf edən müstəqil Azərbaycan dövlətidirsə, digər böyük əsəri 1992-ci ildə zəruri tələblərdən yaranan YAP-dır. "Yeni, müstəqil Azərbaycan uğrunda" devizi ilə siyasi arenaya daxil olan Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli keçmişinin, bu günki uğurlarının və parlaq gələcəyinin müəllifinə çevrilib. Bu fikirlər Zaqatalada keçirilən YAP-ın yaradılmasının 27-ci ildönümünə həsr olunmuş tədbirdə qeyd edilib. Tədbirdə YAP Partiyasından bəhs edən film nümayiş etdirilib. Çıxış edənlər YAP-ın respublikanın həyatında oynadığı roldan, ümummilli lider Heydər Əliyevin partiyanın formalaşmasında, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində xidmətlərindən danışıblar.