Qəbələdə ərəblərin ilk qar sevinci...

22 Noyabr 2019 18:17

Burada istirahət edən turistlər, xüsusən də ərəb ölkələrindən gələnlər üçün qar əsl sürpriz olub. Havaların qeyri-sabit, qarlı keçməsi ilə əlaqədar yol təsərrüfatının işçiləri gücləndirilmiş iş rejiminə keçib. Nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün avtomobil yolları qardan təmizlənir. Qeyd edək ki, Şamaxı və Qəbələ ilə yanaşı, İsmayıllı, Şəki, Oğuz və Qaxda da qar yağır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 23-ü gündüzədək davam edəcək.