İlk qar Şamaxıda sürücülərə çətin anlar yaşadıb...

22 Noyabr 2019 18:04

Ötən gecədən başlayaraq şimal-qərb bölgəsinin dağlıq ərazilərinə qar yağır. Qarın hündürlüyünün 15 sm-ə çatdığı bölgədə havanın temperaturu xeyli aşağı düşüb. Şamaxının ucqar kəndləri ağ örpəyə bürünüb. Qar yolların buz bağlamasına səbəb olub. Ən təhlükəli yollardan olan Şamaxı-Pirqulu yolunda sürücülər çətin anlar yaşayıb. Pirqulu istiqamətində yay şinləri ilə hərəkətdə olan hazırlıqsız sürücülər yoldan qayıtmalı olublar. Bakı-Şamaxı-Yevlax magistralı gündüz saatlarında işlək vəziyyətdə olsa da şaxtalı, qarlı hava səbəbindən gecəyə doğru bu yolun da buz bağlayacağı gözlənilir. Qarın yağması rayona gələn turistlər və kənd sakinlərində xoş ovqat yaradıb.