Ədliyyə işçiləri peşə bayramını qeyd edir...

22 Noyabr 2019 16:03

Bu gün Ədliyyə işçilərinin peşə bayramıdır. Peşə bayramlarını iftixar hissi ilə qeyd edən ədliyyə işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi qarşısına gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir Şəki Məhkəmə kompleksində davam edib. Şəki Apellyasiya məhkəməsinin sədri tədbiri açaraq peşə bayramı münasibətilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan danışıb, məhkəmə-hüquq sahəsində aparılan islahatlar nəticəsində ədalət mühakiməsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini vurğulayıb. Çıxış edən digər məhkəmə sədrləri də ədliyyə işçilərinə fəaliyyətlərində uğurlar arzulayıb. Sonda işində fərqlənən əməkdaşlar mükafatlandırılıb.