“Özbək kinosu həftəsi” çərçivəsində Şəkidə film nümayiş olundu...

22 Noyabr 2019 15:21

Azərbaycanda keçirilən “Özbək kinosu həftəsi” çərçivəsində Özbəkistanı təmsil edən nümayəndə heyəti Şəkiyə də səfər edib. Qonaqlar burda yerli adət-ənənələr, tarixi abidələrlə tanış olublar. Özbəkistanda yaşadılan sənətkarlıq sahələri ilə bağlı "Sənətkarlar diyarı" adlı film nümayiş etdirilib. Şəki Dövlət Dram teatrında nümayiş olan sənədli filmə maraq böyük olub. Filmdə özbək sənətkarlarının əl işləri, sənət əsərlərindən bəhs edilib. Çıxış edənlər bildirib ki, Özbək film həftəsi çərçivəsində artıq bir neçə film nümayiş etdirilib. Bundan sonra daha 2 şəhərdə filmlərin nümayişi gözlənilir. Qeyd edək ki, bu ilin sentyabrında Özbəkistanda ikinci dəfə “Azərbaycan kinosu həftəsi” keçirilib.