Gənc rejissorun filmi təqdim edildi...

21 Noyabr 2019 17:53

Şəkidə Aporia filminin təqdimatı keçirilib. Bu səbəbdən də Şəki ASAN həyat kompleksində geniş təqdimat mərasimi keçirilib. Gənc rejissor Rəvan Cabbarovun layihəsi əsasında çəkilən film triller janrındadır. Rejissorun sözlərinə görə film Azərbaycanda çəkilmiş ilk trillerdir. Şəki dağlarında çəkilən filmin aktyorları dram və xalq teatrlarından seçiliblər. Aporia filmi həm də, Azərbaycanda çəkilən digər filmlərdən fərqlənir. Burada daha çox Hollivud filmlərinin əksini tapmaq mümkündür. Aktyorlarda öz rollarının öhtəsindən böyük bir ustalıqla gəliblər. Filmin ərsəyə gəlməsi bir sıra çətinliklərlə olsa belə hazırda Avropa və Amerikada da yayımlanır. Azərbaycanda isə 22 noyabrdan etibarən film bütün kinoteatrlarda yayımlanacaq.