“Yaşıl patrul” Şəkidə...

21 Noyabr 2019 17:20

Qaxda Alyans canlı aləmin mühafizəsi ictimai birliyi tərəfindən “Yaşıl patrul” ekoloji-ictimai nəzarət layihəsi çərçivəsində tədbir keçirilib. Layihədə məqsəd ətraf mühitin təmizliyinin və təhlükəsizliyinin, heyvan və bitkilərin həyatının qorunması üzrə ölkə ictimaiyyətinin səylərinin konsolidasiyasıdır. Layihə çərçivəsində əhali, məktəblilər və tələbələr heyvanlarla ünsiyyət normalarını öyrənirlər. Şəkidə də qurum tərəfindən analoji seminar təşkil edilib. Bildirilib ki, "Yaşıl Patrul" layihəsi təhsil, ekologiya, daxili işlər və digər sahələrdəki dövlət qurumları ilə birlikdə həyata keçirilir. Seminarda iştirakçılara “Yaşıl patrul” könüllüləri tərəfindən bukletlər paylanılıb və sorğu aparılıb. Həmçinin sənədli film nümayiş etdirilib. Qurum tərəfindən dekabrın 1-dək seminarların davam edəcəyi bildirilib. Layihə QHT-lərə Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir.