Şəkidə 3 otaqlı ev yandı...

21 Noyabr 2019 16:10

Şəkinnin Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən ümumi sahəsi 1200 kvadrat metr olan 2 mərtəbəli komunal tipli yaşayış binasında yanğın olub. Hadisə nəticəsində binanın 2-ci mərtəbəsində 57 yaşlı Nigar Məmmədovaya məxsus 84 kvadrat metr sahəsi olan 3 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 kvadrat metr sahədə yanıb. Həmçinin evin 24 kvadrat metr dam örtüyüdə yanaraq külə dönüb. Hadisə yerinə dərhal Şəki yanğından mühafizə hissəsinin briqadaları cəlb edilib. Yanğının qarşısını digər tikililərə keçmədən almaq mümkün olub. Yanğının baş vermə səbəbi araşdırılır.