Balakəndə dəfələrlə məhkumluq həyatı yaşayan narkotacir tutulub...

20 Noyabr 2019 18:01

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Mahamalar kənd sakini, 57 yaşlı Bəxtiyar Kərimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 9 ədəd bükümdə 13 qramdan artıq narkotik vasitə olan heroin və 3 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan selofan torbada 50 qrama yaxın heroin, elektron tərəzi və qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, Bəxtiyar Kərimov əvəllər adam öldürməyə cəhdə görə bir dəfə, narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə isə iki dəfə məhkumluq həyatı yaşayıb. Bir müddət əvvəl isə Bəxtiyar Kərimov Zaqatalada narkotik vasitələrin qanunsuz dövrüyyəsinə görə saxlanılıb. Onun işinə hazırda Zaqatala rayon məhkəməsi baxır. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.