Hərbiçilər uşaq evini ziyarət etdilər...

20 Noyabr 2019 16:52

Beyləqan-Füzuli bölgəsində yerləşən hərbi hissənin hərbiçiləri və Aprel döyüşlərinin iştirakçıları Şəki Qarışıq Tipli uşaq evini ziyarət ediblər. Artıq hərbiçilər tərəfindən adət halına çevrilən bu ziyarət zamanı general-mayor Mayıs Bərhudarovun adından ad günü olan 6 uşağa diplom və hədiyyələr təqdim edilib. Həmçinin ad günü olan uşaqlar üçün hazırlanmış tort kəsilib və əyləncə təşkil edilib. Füzuli Dövlət Dram teatrının aktyorları tərəfindən tərtib edilən əyləncəli proqram uşaqların böyük sevincinə səbəb olub. Hərbiçilər tərəfindən həmçinin Şəki Qarışıq tipli uşaq evinə ərzaq yardımı da edilib.