Zaqatalada baş verən yol qəzasında piyada həyatını itirib...

20 Noyabr 2019 12:33

Hadisə dünən axşam saatlarında Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Danaçı kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Tahir Məhəmməd oğlu Qurbanov idarə etdiyi “Mersedes” markalı mikroavtobusla yolla hərəkət edən piyada, 38 yaşlı Zaur Əziz oğlu Kostiyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Zaur Kostiyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Zaur Kostiyev gecə saat 3 radələrində keçinib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.