Zaqatalada Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi açıldı...

19 Noyabr 2019 17:44

Zaqatalada yerləşən Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb. Ölkə başçısının göstərişi ilə regionlarda açılan nümayəndəliklərin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhvə veriləcəyi vurğulanıb. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib. Heydər Əliyev Mərkəzində açılan Velo kluba gənclərin asudə vaxtlarının təşkili və onlara sağlam həyat tərzinin təbliği məqsədi ilə 10 ədəd velosibed və müxtəlif velo aksesuarlar hədiyyə edilib. Zaqatalada 800ə yaxın gəncin iştirakı ilə təşkil olunan velo yürüş də böyük maraqla qarşılanıb.