Şəki qızları rəqibinə şans vermədi: 16:0...

19 Noyabr 2019 17:33

Yüksək liqada mübarizə aparan qızlardan ibarət Şəkinin Marxal komandası növbəti oyununu keçirib. Məmməd Dadaşovun rəhbərlik etdiyi kollektiv Çempionatın 7-ci turunda Fidan komandasının qonağı olub. Abşeron Olimpiya kompleksinin meydançasında baş tutan matçda Şəki qızları rəqibinə şans verməyib. İlk hissəni 8:0 hesabı ilə başa vuran komanda 2-ci hissədə daha 8 qol vuraraq 16:0 hesabı ilə qalib gəlib. Beləliklə xallarını 12-yə yüksəldən komanda 3-cü pillədəki yerini möhkəmlədib. Növbəti turda Marxal futbolçuları Şəkidə Təhsil futbolçuları ilə qarşılaşacaq.