Balakəndə şahmat idman növü üzrə rayon birinciliyi keçirilib...

18 Noyabr 2019 16:16

Balakəndə 17 noyabr Milli dirçəliş gününə həsr olunan şahmat idman növü üzrə rayon birinciliyi keçirilib. Rayon Uşaq Gənclər Şahmat məktəbinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında baş tutan zəka birinciliyində 10-16 yaş qruplarında qız və oğlanlar bacarıqlaını nümayiş etdiriblər. Uşaq və yeniyetmələr arasında şahmat idman növünün təbliği, yaş qrupları üzrə Rayon Çempionatının qaliblərinin müəyyənləşdirilməsi, eləcə də gənc şahmaatçıların ustalıq səviyyəsinin artırılması məqsədi ilə təşkil edilən rayon birinciliyində hər yaş qrupu üzrə 1,2, və 3cü yeri tutan şahmatçılar medal, diplom və qiymətli hədiyyələrlə təltif edilib.