Zaqatalada 52 yaşlı kişi ağacdan yıxılaraq ölüb...

18 Noyabr 2019 11:44

Əliabad qəsəbə sakini, Əyyub Hizbulla oğlu Bayramov müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı onun yaşadığı kəndin ərazisində qoz ağacından yıxılaraq ağır xəsarətlər aldığı müəyyən edilib. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən Ə.Bayramov aparılan tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.