Zaqatalada dövlətçiliyimizin yaranma tarixinə həsr olunmuş tədbir keçirilib...

16 Noyabr 2019 13:59

Zaqatala şəhəri, Şıxəli Qurbanov adına 3 saylı orta məktəbində dövlətçiliyimizin yaranma tarixinə həsr olunmuş tədbir keçirilib. Vətənpərvərlik mövzusunda təşkil edilən tədbirdə məktəbin 4a sinif şagirdləri Milli Müstəqillik Günü, Bayraq Günü, Konstitusiya Günü, Milli Dirçəliş Günü kimi tarixi əhəmiyyətli hadisələri geniş işıqlandırıb. Məktəblilərin öz çıxışlarında VII Zirvə görüşünə toxunması qonaqların marağına səbəb olub. Vətənpərvərlik ruhunda mahnılar və rəqslər tədbiri daha da rəngarəng edib.