Qaxda iki avtomobil toqquşdu, xəsarət alan var...

16 Noyabr 2019 11:29

Qaxda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə axşam saatlarında Qorağan-Qax avtomobil yolunun, rayonun Əmircan kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Qax rayonunun Almalı kənd sakini, 50 yaşlı Qiyas Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilkin tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.