Şəki Dövlət Dram teatrında “Sevil” tamaşasının premyerası olub...

15 Noyabr 2019 16:15

Tamaşa şair və dramaturq Cəfər Cabbarlının eyniadlı pyesi əsasında səhnələşdirilib. Görkəmli dramaturqun anadan olmasının 120 illiyi münasibətilə hazırlanan tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, geyim üzrə rəssamı Sahib Əhmədov, bəstəkarı Firudin Allahverdi, rəqslərin quruluşçusu isə Çingiz Novruzəliyevdir. Tamaşada rolları Əməkdar artistlər Xanlar Həşimzadə, Akif Yusifov, Rəhim Qocayev, aktyorlar Pərviz İsmayılov, Fərahim Fətəliyev, aktrisalar Lalə Məmməd, Arzu Mustafayeva, Nazilə İmamhüseynova və Aysun Mustafazadə ifa edir. Əsərin əsas qəhrəmanı Sevil obrazını canlandıran gənc aktrisa Zümrüd Əliyeva isə bu rolla debüt edir.Tamaşada əsərin baş qəhrəmanı Sevil obrazı ilə Azərbaycan qadınının yüksəliş yolu təsvir edilir. Xatırladaq ki, bu il Şəkidə peşəkar teatrın yaranmasının 140 ili tamam olur.