“Narkomaniyaya yox deyək!”

14 Noyabr 2019 17:04

Qaxda “Narkomaniyaya yox deyək!”adlı tədbir keçirilib. Tədbir bu dəfə rayonun Ləkit kənd məktəbində təşkil olunub. Rayon prokurorluğu, polis şöbəsi və icra hakimiyyəti rəsmilərinin iştirak etdiyi tədbirə 100-ə yaxın şagird və müəllim heyyəti qatılıb. Çıxış edənlər narkomaniyanın gətirdiyi bəlalardan, onun istifadəçilərinin qarşılaşdığı faciələrdən bəhs edib. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyi xüsusi vurğulanıb. Həmçinin bildirilib ki, narkomaniya QİÇS kimi keçici xəstəliklərin də sürətlə yayılmasına səbəb olur. Narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyi qeyd edilib. Tədbirdə eyni zamanda məktəblilər yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilib, erkən nigahın fəsadlarından danışılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.