"Marxal Şəki" komandası növbəti qələbəsini qazandı...

13 Noyabr 2019 16:24

Yüksək qızlar liqasında mübarizə aparan "Marxal Şəki" komandası növbəti matçını keçirib. Bu dəfə komanda Qəbələ futbol klubunun qonağı olub. Matça sürətli başlayan Şəkili qızlar elə ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Qonaq meydanda oynamasına baxmayaraq rəqibindən üstün oyun sərgiləyən "Marxal Şəki" komandası matçdan 0-4 hesablı qələbə ilə ayrılıb. Bu qələbədən sonra komanda topladığı 9 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.