Şamaxı məktəbliləri cənub bölgəsinə yola salındı...

13 Noyabr 2019 16:03

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şamaxıdan bir qrup şagird cənub bölgəsinə yola salınıb. Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində çıxış edənlər “Ölkəmizi tanıyaq” layihəsinin mühüm əhəmiyyət daşıdığını, tur-aksiyaların məktəblilərə ölkəmizin müxtəlif bölgələri, oradakı tarixi abidələr, qədim yaşayış məskənləri ilə yaxından tanış olmaq imkanı yaratdığını bildiriblər. Sonra rayon musiqiçilərinin ifasında konsert olub. Daha sonra məktəblilər yola salınıb.