İsmayıllı məktəbliləri cənub zonasına yollanıblar...

13 Noyabr 2019 15:51

İsmayıllı məktəblilərindən ibarət 40 nəfərlik qrup “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Masallı-Lənkaran-Astara rayonlarına yola düşüb. Əvvəlcə rayon administrasiyası tur-aksiyanın iştirakçıları və valideynlərlə H.Əliyev mərkəzində görüş keçirib. Çıxış edənlər dövlət başçısının təhsilə göstərdiyi qayğıdan, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə verdiyi önəmdən, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının siyasi və tarixi əhəmiyyətindən danışıb. Yolasalma mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov isə maarifləndirici tur-aksiyanın yeniyetmələrin ölkəmizi daha yaxından tanımalarında xüsusi əhəmiyyətini qeyd edib. Xalq mahnıları, milli rəqslər altında iştirakçılar yüksək əhval-ruhiyyə ilə yola salınıb.