Şəkidə avtomobil yoldan çıxaraq demir maneəyə çırpıldı...

13 Noyabr 2019 12:21

Şəkidə yol nəqliyyat hadisəsi baş verib. Hadisə Heydər Əliyev prospektində meydana gəlib. Şəki sakini Vasif Məmmədovun idarə etdiyi Çeri markalı avtomobil yoldan çıxaraq Vüqar Məmmədov küçəsinin başında yerləşən dəmir maneəyə çırpılıb. Qəza nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. Ancaq avtomobilə ciddi ziyan dəyib, həmçinin ərazidəki işıq dərəyi də aşıb. Faktla bağlı araşdırma aparılır.