Qobustanda​ 4-cü respublika turniri keçirildi...

12 Noyabr 2019 16:28

Qobustanda​ Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Karate​ idman​ növü üzrə 4-cü respublika turniri keçirilib. Azərbaycan​ Qocyu-Ryu Okinava Karate-do və Kobudo növləri​ federasiyası yeniyetmələr və gənclər arasında respublika birnciliyinə start verib. Qobustan​ şəhər​ İdman Kompleksində keçirilən yarışa paytaxt və rayonlardan idmançılar qatılıb. Yarışda ​ 22 komanda üzrə 330​ idmançı gücünü sınayıb. Sonda ​4 kateqoriya üzrə 40 idmançı birinci yerə layiq görülüb. Qobustan​ idmançıları turnirdə ​ yüksək nəticə göstəriblər.​ Müəyyən edilmiş çəki dərəcləri üzrə 1,2 və 3-cü​ yerləri tutmuş​ idmançılar​ diplom və medallarla təltif olunublar.