"Ölkəmizi tanıyaq": Şəki məktəbliləri Cənub bölgəsinə yollanır...

12 Noyabr 2019 16:08

Şəki məktəbliləri "Ölkəmizi tanıyaq" tur aksiyası çərçivəsində sabah cənub bölgəsinə yola düşəcəklər. Bu münasibətlə Heydər Əliyev mərkəzində tədbirə şəhər rəhbərliyi, müəllimlər, valideynlər və məktəblilər qatılıb. İştirakçılar Heydər Əliyev mərkəzini gəzib və muzeylə tanış olublar. Məktəblilərə tur-aksiyanın əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu sayca 12-ci tur-aksiyadır və aksiya çərçivəsində məktəblilər ölkəmizi daha yaxından tanımaq imkanı əldə edirlər. Xatırladaq ki, Şəkidən 40 məktəbli ölkənin Cənub bölgəsinə 4 günlük səfər edəcək. Səfər çərçivəsində məktəblilər bu bölgənin tarixi, adət-ənənələri barədə ətraflı məlumat toplayacaq, müxtəlif intellektual oyunlara qatılacaqlar.