Şəkinin futbol komandası növbəti qələbəsini qazandı...

11 Noyabr 2019 17:01

Region liqasında mübarizə aparan Şəkinin futbol komandası növbəti matçını keçirib. Öz meydanında "Gəncə2 komandası ilə qarşılaşan "Şəki" komandası oyunun ilk dəqiqələrindən üstün oyun sərgiləyib. 2-ci hissədə də üstünlüyü ələ alan "Şəki" komandası 66-cı dəqiqədə Elçin Süleymanovun qolu ilə hesabda önə keçib. Bu həmçinin oyunda vurulan ilk və son qol olub. Nəticədə "Şəki" komandası 1-0 hesabı ilə qələbə qazanıb. Bu qələbə həmçinin komandanı turnir cədvəlində ilk pilləyə qaldırıb.