Məşhur restoran yandı...

11 Noyabr 2019 15:37

Zaqatalada məşhur “Görüş” restoranı yanıb. Zaqatala şəhəri “Köhnə avtovağzal” adlanan ərazidə rayon sakini Ayna Əliyevaya məxsus, ümumi sahəsi 300 kv/m olan restoranda yanğın baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində restoranın dam örtüyü 64 kv/m-lik sahədə yanaraq yarasız hala düşüb. Restoranın otaqlarına ciddi ziyan dəyib. Yanğın zamanı restoranın işçi heyətindən və restoranda olan müştərilərdən xəsarət alan olmayıb. Qeyd edək ki, bu restoranda il ərzində baş verən ikinci yağın hadisəsidir. Mart ayının əvvəli baş verən yanğın zamanı restoranın binasının dam örtüyü və bir-neçə otağın tavanı yanmışdı. Faktla bağlı araşdırma aparılır.