Şəkinin Kiş kəndində bədbəxt hadisə baş verib...

11 Noyabr 2019 11:05

Kiş kənd sakini 48 yaşlı Şahin Məhərrəmov yük maşının təkərinə hava doldurarkən, anidən təkər partlayıb. Təkərdən çıxan dəmir parçası Şahin Məhərrəmova ciddi xəsarət yetirib. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralını dərhal Şəki RMX-na çatdırıblar. Burada ilkin tibbi yardım göstərilib. Xəstənin vəziyyətinin ağır olduğu qeyd edilib. Şəki RMX-dan Şahin Məhərrəmovun Bakıya əməliyyat olmaq üçün göndəriləcəyi bildirilib.