Zaqatalada yanğın, bir tondan artıq xurma yandı...

06 Noyabr 2019 17:12

Zaqatalada xurma qurutmaq üçün istifadə edilən köməkçi tikili yanıb. Yanğın bu gün günorta saatlarında rayonun Danaçı kənd sakini Əli Abdulla oğlu Coliyevin yaşadığı evin həyətyanı sahəsində taxta materialdan tikilmiş, ümumi sahəsi 25 kv/m olan yarımtikilidə baş verib. Hadisə Yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tikilinin yanar konstruksiyaları və içərisində qurudulmaq üçün yığılmış bir tondan yuxarı xurma yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.