“İradənlə qalib gəl” aksiyasına Zaqatalalı gənclər də qoşulub...

06 Noyabr 2019 15:27

9 Noyabr- bayraq günü münasibəti ilə Gənclər və İdman Nazirliyinin başlatdığı “İradənlə qalib gəl”şüarı altında aksiyaya Zaqatalalı gənclər də qoşulub. Gənclər və idman idarəsinin, Olimpiya idman Kompleksinin təşkilatçılığı ilə “Açıq qapı günü” təşkil edilib. Zaqatala Olimpiya idman kompleksində keçirilən tədbirdə cüdo, sərbəst güləş, karate, MMA, futbol, basketbol, stolüstü tennis, gimnastika və başqa idman növləri üzrə master klass və nümunəvi çıxışlar nümayiş etdirilib. ”Açıq Qapı Günü” yüzlərlə gənc və yeniyetməyə müxtəlif idman növləri üzrə özlərini sınamaq fürsəti verilib. Tədbirin keçirilməsində əsas məqsəd bölgə gənclərinin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzi olan idmana cəlb etməklə onlar arasında vətənpərvərlik hisslərinin təbliğidir.