Şamaxıda qəzalı məktəbin söküntü işlərinə start verildi...

06 Noyabr 2019 15:17

Xəbər verdiyimiz kimi dövlət başçısı Şamaxıda yerləşən qəzalı məktəbin sökülərək yerində yeni binanın tikintisi üçün göstəriş vermişdi. Artıq məktəbdə söküntü işlərinə start verilib. Şagirdlər isə təhsillərini digər binada davam etdirəcəklər. Uşaqların sayı çox olduğundan yeni məktəb tikilənə qədər dərslər iki növbəli keçiriləcək. Məktəbin qəzalı vəziyyətdə olan korpusu 1985-ci ildə, digər hissəsi 2005-ci ildə tikilib. Əraziyə həftə sonu müvafiq qurumların rəhbərləri baxış keçirib.