Şəki Regional Debat mərkəzinin konfransı keçirilib...

05 Noyabr 2019 16:17

Şəki Regional Debat mərkəzinin bir illik hesabatı və “Şəki Gəncliyinin dostu” mükafatının verilməsi ilə bağlı konfrans keçirilib. Konfransda debatın fəaliyyətindən və strukturundan bəhs edən videoçarx nümayiş etdirilib. Çıxış edənlər il ərzində Şəki Regional Debat mərkəzinin fəaliyyət istiqamətlərindən bəhs edib, növbəti ildə görüləcək işlər müəyyənləşdirilib. Tədbirin sonunda “Şəki Gəncliyinin dostu” mükafatı öz sahiblərini tapıb.