İt sahibinin əlini gəmirdi...

05 Noyabr 2019 16:03

Zaqatalada it sahibinin əlinə ağır xəsarət yetirib. Hadisə rayonun Höytala kəndində baş verib. Kənd sakini, 54 yaşlı Gülnarə Əhmədova yaşadığı ünvanda ailəsinə məxsus itə yemək verən zaman it qəfildən qadının sol əlini qaparaq gəmirməyə başlayıb. Sol əlindən ağır xəsarət alan Gülnarə Əhmədova dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Gülnarə Əhmədovanın əlində cərrahiyyə əməliyyatı aparılıb, quduzluq əleyhinə qarşı peyvəd vurulub. Müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.