Marxal-Şəki" komandası böyük hesablı qələbə qazandı...

04 Noyabr 2019 15:16

Şəkinin qızlardan ibarət "Marxal-Şəki" futbol komandası növbəti matçını keçirib. Öz meydanında "Xırdalan Siti"ni qəbul edən komanda görüşdən qələbə ilə ayrıla bilib. Yüksək qızlar liqasında mübarizə aparan Şəkinin "Marxal-Şəki" komandası doğma meydanda "Xırdalan Siti" komandası ilə qarşılaşıb. Oyun tam olaraq "Marxal-Şəki" komandasının üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdən rəqibin üstünlüyünə imkan yaratmayan "Marxal-Şəki" komandası hesabı da erkən açıb. İlk hissəni 7-0 hesablı qələbə ilə bitib. İkinci hissədə də Şəkinin "Marxal-Şəki" komandası "Xırdalan Siti" qarşısında üstün oyununu davam etdirib. Qonaq komandaya daha 4 qol vuran Şəkili qızlar 90 dəqiqənin sonunda 11-0 hesabı ilə qalib olub. Qeyd edək ki, "Marxal-Şəki" komandası 4- turdan 6 xalla 5-ci pillədə qərarlaşıb. Əgər komanda əzmkar oyunu davam etdirsə tezliklə birinci pillənin sahibi ola biləcək.