Mikroavtobus aşdı: 2 ölü, 5 yaralı...

04 Noyabr 2019 11:16

Qobustanda mikroavtobus aşıb, iki​ nəfər ölüb, beş nəfər nəfər xəsarət alıb. Hadisə gecə saatlarında Bakı-Şamaxı-Yevlax​ yolunun 94-cü km də, Qobustan rayonu ərazisindən​ keçən hissəsində​ baş verib. Bakıdan Şamaxı istiqamətində hərəkət edən "Mersedes Vito" markalı sərnişin avtobusu yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü​, Balakən rayon​ sakini 34 yaşlı Nurəddin​ Hetayev​ və sərnişin, 49 yaşlı Paşa Papaxov hadisə yerində ölüblər. Avtomobildə sərnişin qismində olan 5 nəfər - Balakən rayon sakinləri​ 59 yaşlı Əsiyyət Zirnixova,58 yaşlı Pirdaş Buğayeva,54 yaşlı Hacı​ Əsdiyev,53 yaşlı Heybullah​ Kahayev,34 yaşlı Rəsul​ Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Sərnişinlərin sözlərinə görə, gecə saat 12 radələrində Bakıda keçirilən toy mərasimindən​ çıxaraq, Balakən rayonuna getmək üçün yola düşüblər. Faktla bağlı araşdırma aparılır.