Evində narkotik əkib becərən şəxs saxlanıldı...

02 Noyabr 2019 15:16

Şəkidə evində narkotik əkib becərən şəxs saxlanılıb. Şəki ŞRPŞ-nin əməkdaşları şəhər sakini, 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Telman Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin İstintaq bölməsində Telman Əhmədovun barəsində cinayət işi açılıb, istintaq aparılır.