Üç uşaq atası ağacdan yıxılaraq dünyasını dəyişdi...

31 Oktyabr 2019 16:46

Zaqatalada bədbəxt hadisə baş verib. Üç uşaq atası ağacdan yıxılaraq dünyasını dəyişib. Hadisə bu gün günorta saatlarında rayonun Mazıx kəndində qeydə alınıb. Balakən rayonu, Katex kənd sakini Natiq Osmanov Mazıx kəndində ağacdan xurma yığarkən qəfildən yıxılıb. O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.