Qobustanda ağır qəza: 2 ölü, 3 yaralı...

26 Oktyabr 2019 13:44

Qobustanda ölümlə nəticələn ağır yol qəzası baş verib. Hadisə Bakı-Şamaxı-Yevlax yolunun 102 km-də qeydə alınıb. “VAZ 2107” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon Daşdəmirli kənd sakini, 53 yaşlı Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 25 yaşlı Rufullayev Samir Cəfərxan oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Həmçinin, qəza zamanı Ağsu sakinləri 58 yaşlı Şıxəliyeva Fəridə Balda qızı, 55 yaşlı Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 27 yaşlı Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlər aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.