“Tütünçülük-2020: qarşıda duran vəzifələr”

25 Oktyabr 2019 18:05

Oğuzda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Tütünçülük-2020: qarşıda duran vəzifələr”mövzusunda respublika müşavirəsi keçirilib. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi , müxtəlif rayonların icra hakimiyyəti strukturlarının, Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəsmiləri, respublikamızın 13 rayonunda tütün istehsalı ilə məşğul olan 200-dən çox fermer iştirak edib. Müşavirədə çıxış edən nazir İnam Kərimov Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.Vurğulanıb ki, tütünçülüyün inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, yeni subsidiya qaydalarına görə isə tütünçülüyə daha çox diqqət ayrılacaq. Müşavirədə tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb. 2019-cu ildə Azərbaycanda tütün istehsalında yüksək məhsul əldə etdiyinə görə 6 fermerə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində işlərin görüləcəyi bildirilib.