Şəkidə ev yanıb...

25 Oktyabr 2019 13:55

Rayonun 28 may küçəsində Cavadov Elman İbrahim oğluna məxsus ümumi sahəsi 120 km2 olan birmərtəbəli, iki otaq və aynəbənddən ibarət olan evin çardaq hissəsi yanıb. Hadisə yerinə FHN-nin 2 yanğınsöndürən maşını, 21 nəfər canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində evin digər hissələri yanğından mühafizə olunub, xəsarət alan olmayıb. Hadisəyə ilkin səbəb kimi elektrik naqillərində baş verən qısaqapanma göstərilir.