Şəkinin Cəfərabad kəndində daxili yollar asfaltlanır...

24 Oktyabr 2019 17:12

Əraziyə çox sayda texnika və işçi qüvvəsi cəlb edilib. 13 km-lik kənddaxili yollara çınqıl tökülüb. Hazırda isə asfaltlama işləri yekunlaşmaq üzrədir. Yolların asfaltlanması kənd sakinləri tərəfindən də çox böyük sevinclə qarşılanıb. Kənd sakinləri artıq gediş-gəlişin rahatlaşacağına görə öz məmnuniyyətlərini bildiriblər. Belə ki, yaz-yay aylarında tozdan, qış aylarında isə palçıqdan əziyyət çəkən sakinlər, artıq bu problemi yaşamayacaqlar. Asfaltlanma işlərinin bu gün yekunlaşacağı gözlənilir.