Bakı-Şamaxı yolunda qəza, 4 yaralı...

24 Oktyabr 2019 16:28

Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Şamaxı-Yevlax yolunun 113-cü km-də, Sabir kəndi ərazisində qeydə alınıb. 36 yaşlı Ağsu rayon sakini Bəhruz Zamanovun idarə etdiyi “Mercedes” markalı 10 UD 945 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü və sərnişinləri Ağsu rayon sakini 32 yaşlı Cavanşir Qasımov, onun həmkəndlisi, 37 yaşlı İsmayıl Ömərov və 50 yaşlı Malik İsmiyev xəsarət alıblar. Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Fakta bağlı araşdırma aparılır.