"Jiquli" "KamAZ"la toqquşdu, xəsarət alan var...

24 Oktyabr 2019 16:23

Zaqatalada "Jiquli" "KamAZ"la toqquşub, xəsarət alan var. Hadisə axşam saatlarında rayonun Kəpənəkçi kəndinin ərazisində baş verib. "VAZ " markalı minik və "KamAZ" markalı yük avtomobillərinin toqquşması zamanı birincinin sürücüsü, rayonun Kəpənəkçi kənd sakini 29 yaşlı İkram İsayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qapalı kəllə-beyin və bədənin küt travması diaqnozu qoyulan xəstə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.