Tələbələr DYPB əməkdaşlarını sual atəşinə tutdu...

23 Oktyabr 2019 17:31

Şəki Texniki Kollecində Yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair dövlət proqramlarının məqsədlərinə uyğun tələbələrlə görüş keçirilib. Şəki DYPB-nin təbliğat və təşviqat üzrə əməkdaşı tələbələrlə bu mövzuda müzakirələr aparıb. Bildirilib ki, görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrlə baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. Tələbələrə qaydalara riayyət etməyin vacibliyi, yolda daim diqqətli olmaqları bildirilib. Həmçinin tələbələrin yol hərəkət qaydalarını hansı səviyyədə bildiklərini öyrənmək üçün sual-cavab aparılıb. Öz növbəsində tələbələr də tədbirdə aktiv iştirak edib və onları maraqlandıran mövzular barədə məlumatlandırılıblar.