İsmayıllıda yol qəzası ölümlə nəticələndi...

23 Oktyabr 2019 17:01

İsmayıllıda avtomobilin aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib. Qaraməryəm-İsmayıllı yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində "Priora" markalı minik avtomobilinin aşması nəticəsində xəsarət alan Kürdmaşı kənd sakini, 1993-cü il təvəllüdlü Ağayev Əhməd Mübariz oğlu ağır bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralı Tərlan Məcidovun vəziyyəti isə ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.